Rusiyada biznesmenin oğlunu oğurlamış soydaşlarımız yaxalandılar
23 yanvar 2013 17:43 (UTC +04:00)

Rusiyada biznesmenin oğlunu oğurlamış soydaşlarımız yaxalandılar

Rusiyada biznesmenin oğlunu oğurlayaraq 17 milyon rubl tələb edən soydaşlarımız saxlanılıb. Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 20-də 3 nəfər Domodedevoda kinoteatrdan çıxan 19 yaşlı oğlana yaxınlaşıb və onu zorla bir minik avtomobilinə oturdub. Bir müddət sonra onlar oğlanın bizneslə məşğul olan atasına zəng edib, oğlunun azadlığa buraxılması üçün 17 milyon rubl tələb ediblər. Biznesmen polisə müraciət edib. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanmış gəncin Klin şəhərində Karl Marks küçəsindəki mənzillərin birində saxlanıldığı müəyyənləşib. Yanvarın 22-də əməliyyat keçirilib, oğurlanmış gənc azad edilib, onu oğurlayan 3 nəfər isə yaxalanıb. Biznesmenin oğlunu oğurlayan 2 nəfər Azərbaycan, 1 nəfər isə Özbəkistan əsillidir.

 

Cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340
avatar

Oxşar yazılar