Rusiyada faciəli hadisə yaşanıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 27-də 20 yaşlı Krasnoyarsk sakini polisə zəng açaraq bildirib ki, motosikletlə gəzərkən şəhər ətrafında çöllük ərazidə kişi və üzərində zorakılıq əlamətləri olan qadın cəsədləri ilə rastlaşıb.
Təhqiqatçılar 37 yaşlı kişi və 27 yaşlı qadının şəxsiyyətini müəyyənləşdiriblər. Azərbaycan əsilli cütlük nikahda olub, 2 il əvvəl boşanıblar. Bundan sonra qadın Azərbaycana gedib. Qohumları deyiblər ki, onların münasibətləri gərgin olub. Kişi qadına Krasnoyarska gəlməyi qadağan edib, Krasnoyarska gələcəyi təqdirdə öldürəcəyini bildirib.
İstintaq baş verən olayla bağlı bir neçə versiyanı araşdırır. İlkin versiya kişinin öncə keçmiş arvadını, sonra isə özünü öldürməsi ilə bağlıdır.