Rusiyanın İrkutsk vilayətində kömür daşıyan 22 vaqonun relsdən çıxması nəticəsində iki nəfər həlak olub.
APA-nın “İnterfax”a istinadən xəbərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə bu gün səhər Moskva vaxtı ilə saat 05:10-da baş verib. Kömür daşıyan 66 vaqondan 22-si relsdən çıxıb, daha sonra isə qarşıdan keçən lokomotivlə toqquşub. Nəticədə maşinist və köməkçisi dünyasını dəyişib.
Hadisədən sonra hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Faktla bağlı araşdırma aparılır.