İsrail Hərbi Hava Qüvvələrinin Rusiya istehsalı olan raketləri vurduğuna dair xəbər yayılıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu haqda xəbəri «Assoşieyted press» «rəsmi mənbələrə» əsasən bildirib.
Mənbə bildirib ki, silah, o cümlədən Rusiya istehsalı olan «Buk-M1-2» (NATO da SA-17 kimi tanıyırlar) raketi daşıyan yük maşını İsrail hərbçilərinin hücumuna məruz qalıb.
Raketlərin Livandakı «Hizbullah» qruplaşması üçün göndərildiyi bildirilib.
Hücum Suriya-Livan sərhədində baş verib. Mənbənin məlumatına əsasən, əməliyyat qəflətən hazırlanmayıb, o, bir neçə gün ərzində planlaşdırılıb.
Rəsmi Təl-Əviv baş vermiş olayla bağlı açıqlama verməyib.