Azərbaycan prezidenti İlham Əliyev Fərid Şamil oğlu Abdinbəyovun Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Fərid Abdinbəyova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Xatırladaq ki, Azərbaycanın Rumıniyada bundan əvvəl səfiri Eldar Həsənov idi.