Müğənni Röya Ayxan aparıcı Hacı Nurana baş çəkmək üçün Almaniyaya yola düşüb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Hər kəsə Almaniyadan salamlar. Bir neçə saatlıq dostuma dəyməyə gəldim. Tez sağal, Nuran. Səni Azərbaycan sevir. Etdiyin yaxşılıqlar səni bu bəladan qurtarsın. Amin”.
Qeyd edək ki, H.Nuran uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.