Bu gün Bakı Apellyasiya Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun apellyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə R. Cəfərovun şikayət təmin edilməyib.
Qeyd edək ki, bir müddət əvvəl R. Cəfərov ev dustaqlığına buraxılmaqla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etmədiyindən qərardan apellyasiya şikayəti verilib.
R. Cəfərov avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.
Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilib.
Sonradan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham elan olunub.

Rəsul Cəfərovun şikayəti təmin olunmadı
Oxşar yazılar

Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Rusiyada azərbaycanlı polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50