Rəsul Cəfərova hökm oxunması sabaha qaldı
14 aprel 2015 13:08 (UTC +04:00)

Rəsul Cəfərova hökm oxunması sabaha qaldı

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəkilləri  Əlibaba Rzayev və  Fariz Namazlı çıxış edərək Rəsul Cəfərov bəraət verilməsini istəyiblər. Məhkəmə fasilə elan edib. Təqribən 1 saatlıq fasilədən sonra hakimlər məhkəmənin sabaha qədər təxirə salındığını elan ediblər.

 

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Səlcuq Elçin

Oxşar yazılar