Rəsul Cəfərov cəzaçəkmə müəssisəsinə köçürüldü
06 avqust 2015 17:46 (UTC +04:00)

Rəsul Cəfərov cəzaçəkmə müəssisəsinə köçürüldü

0

 

İnsan Haqları Klubunun həbsdə olan sədri Rəsul Cəfərov Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb. Lent.az-ın məlumatına görə, o, cəzasının qalan hissəsini 10 saylı cəzaçəkmə müəssisəsində keçiricək.

 

Qeyd edək ki, Rəsul Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Cəərov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

Bakı Apellyasiya Məhkəməsində onun cəzası 3 ay azaldılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar