Keçmiş müdafiə naziri Rəhim Qazıyevin qardaşıoğlu narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib. Lent.az-ın məlumatına görə, bu barədə aznews.az-a hüquq-mühafizə orqanlarından eksklüziv məlumat daxil olub.
Məlumatda bildirilir ki, R.Qazıyevin qardaşı oğlu Orxan Qazıyev bu gün saat 11:30-da İrandan Azərbaycana keçərkən Astara Gömrük Keçid Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı O.Qazıyevin üstündən 60 qram tiryək aşkar edilib.
R.Qazıyev isə məsələdən məlumatsız olduğunu bildirib: “Mən indi anamgildəyəm. Orxanı orada görmədim. Amma həbs olunmasından xəbərsizəm. Valideynləri ilə əlaqə saxladım. Dedilər, xəstədi, İrana gedib, ancaq yenə deyirəm, həbsindən xəbərsizəm. Mən o uşaqdan üz döndərmişəm”.
Rəhim Qazıyevin qardaşı oğlu narkotiklə ilişdi
1187