Rəfsəncani: «Sanksiyaların ləğvi İran iqtisadiyyatında hiss edilir»
31 yanvar 2014 03:15 (UTC +04:00)

Rəfsəncani: «Sanksiyaların ləğvi İran iqtisadiyyatında hiss edilir»

İranın keçmiş prezidenti, məsləhət şurasının sədri Ələkbər Haşimi-Rəfsənxani Qumm, Tehran və Məşhəddəki din təhsil müəssisələrin alimləri ilə görüşdə Cenevrədəkı nüvə məsələsi ilə bağlı müzakirələrdən danışıb.

 

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, əminliklə deyib ki, danışıqlarda iştirak edən iranlılar ölkə ictimaiyyəti, rəhbərliyi tərəfindən dəstəklənib və dəstəklənəcək.

Cenevrədəki razılaşmadan danışan Rəfsəncani bunu «xarici iqtisadi nümayəndələrin İrana» səfəri» kimi dəyərləndirib.

O, son illər İranın önəmli məbləğdə maliyyə vəsaiti itirdiyini nəzərə alaraq, bu istiqamətdə görülən işləri davam etdirilməsinin vacibliyini söyləyib.

Rəfsəncani bildirib ki, sanksiyaların ləğvinin İran iqtisadiyyatına yardımı hiss edilməkdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319
avatar

Oxşar yazılar