Bakıda rəfiqəsini çəkiclə öldürən qadın peşmandır
08 yanvar 2015 15:42 (UTC +04:00)

Bakıda rəfiqəsini çəkiclə öldürən qadın peşmandır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Nailə Apayevanın məhkəməsi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və peşman olduğunu bildirib.

Məhkəmə prosesi yanvarın 15-də davam etdiriləcək.

Qeyd edək ki, keçən il iyunun 17-də A.Mustafayev küçəsində 1960-cı il təvəllüdlü Nailə Apayeva yaşadığı evdə şəxsi münasibətlər zəminində Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Lalə Vəliyevanın baş nahiyyəsindən üç dəfə çəkiclə vuraraq qətlə yetirib. Nailə Apayeva Nəsimi rayon Payon İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156

Oxşar yazılar