İş adamı İlham Rəhimovla millət vəkili, parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın boşandığı barədə məlumat yayılıb. Bəzi xəbər saytları əvvəlcə bu məlumatı yaysalar da, sonradan bu xəbər İlham Rəhimovun mətbuat xidməti tərəfindən təkzib edldi.
Modern.az saytı məsələyə aydınlıq gətirmək üçün millət vəkili Rəbiyyət Aslanovanın özü ilə əlaqə saxlayıb. Xanım deputat suala qısaca belə cavab verib:
“Eşitdiyiniz bu məlumat həqiqətə uyğundur. Əlavə şərhə ehtiyac duymuram”.
Qeyd edək ki, iş adamı İlham Rəhimov və millət vəkili Rəbiyyət Aslanova ötən ilin birinci yarısında ailə həyatı qurmuşdular.
Rəbiyyət Aslanova boşandığını təsdiqlədi
4059