Rauf Mirqədirovun məhkəmə prosesi keçirilib
25 noyabr 2015 12:15 (UTC +04:00)

Rauf Mirqədirovun məhkəmə prosesi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə şahid qismində siyasi şərhçi Azər Rəşidoğlu, "Turan" informasiya agentliyinin əməkdaşı Fərid Qəhrəmanov və Əli Quliyev ifadə verib.

 

Məhkəmə prosesi dekabrın 2- davam edəcək.

 

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub.  Rauf Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 76
avatar

Səlcuq Elçin

Oxşar yazılar