Rauf Mirqədirov ifadə verməkdən imtina edib
24 aprel 2014 19:22 (UTC +04:00)

Rauf Mirqədirov ifadə verməkdən imtina edib

0

 Vəkil Fuad Ağayev həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb. Bu barədə APA-ya məlumat verən F. Ağayev bildirib ki, R. Mirqədirov ifadə verməkdən imtina edib: “Rauf Mirqədirova ifadə vermək təklif olundu. Lakin o, imtina etdi”.

 

Vəkil müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə məhkəmə qərarından apellyasiya şikayəti verdiyini deyib.

 

Qeyd edək ki, “Ayna” və “Zerkalo” qəzetlərinin Türkiyə üzrə müxbiri işləmiş R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1198

Oxşar yazılar