Ramil Usubov gənc polislərə paqon verdi
28 fevral 2013 15:33 (UTC +04:00)

Ramil Usubov gənc polislərə paqon verdi

Fevralın 28-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbiri  giriş sözü ilə açan daxili işlər naziri qalibləri təbrik edib. R.Usubov bildirib ki, respublikanın daxili işlər orqanlarının şəxsi heyətinin 28 faizinin məhz gənc əməkdaşlar təşkil edir. O deyib ki, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan 473 nəfər DİO-da xidmətə qəbul üçün müraciət edib, onlardan «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə  haqqında» Əsasnamə ilə müəyyən olunmuş tələblərə cavab verən 314 namizəd Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb. Qaydalara əsasən, test imtahanlarında 100 mümkün baldan 65 və daha çox bal toplamış 82, o cümlədən 46 ali hüquq, 36-ı isə ali pedaqoji təhsilli gənc bu çətin sınaqdan uğurla çıxıb.

 

DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib. O, qeyd edib ki, imtahanları müvəffəqiyyətlə vermiş 82 gəncin DİO-da xidmətə qəbul olunması barədə daxili işlər naziri tərəfindən əmr imzalanıb. Həmin göstərişin icrası olaraq, bütün iddiaçılar respublikamızın şəhər, rayon polis orqanlarında təhqiqat, əməliyyat və ictimai təhlükəsizlik xidmətlərindəki vakant vəzifələrə təyin edilib. Gəncə Şəhər Baş Polis İdarəsinə təhqiqatçı vəzifəsinə təyin olunan polis leytenantı  Rauf Quluzadə gənc zabitlər adından çıxış edərək müsabiqənin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında həyata keçirildiyinə, gənclərə olan bu ali diqqət və qayğıya görə prezidentə təşəkkürünü bildirib.

 

Tədbirə yekun vuran nazir «polis leytenantı» xüsusi rütbəsinin paqonlarını müsabiqənin qaliblərinə təqdim etməklə həyatlarında ən əlamətdar günlərdən biri-zabit vəzifələrinə təyin olunmaları münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, xidməti fəaliyyətdə polisin adını daim uca tutmağı, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199
avatar

Oxşar yazılar