Ramil Usubov 4 rayonun polis rəisini dəyişdi
14 yanvar 2015 10:30 (UTC +04:00)

Ramil Usubov 4 rayonun polis rəisini dəyişdi

Daxili İşlər Nazii Ramil Usubov bir sıra rayonların polis rəislərinin yerini dəyişib. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, nazirin əmri ilə Şəki rayon Polis İdarəsinin rəisi Eldar İlyasov Nərimanov RPİ-nə, Nərimanov RPİ-nin rəisi Muradəli Babayev Xətai RPİ-nə, Xətai rayon Pİ-nin rəisi Əkbər İsmayılov Yasamal rayon Pİ-nə, Yasamal RPİ-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPİ-nə rəis təyin edilib.

 

Sabunçu rayon polis idarəsinin rəisi Cavanşir Babayev isə bir neçə gün əvvəl R. Usubovun əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273

Oxşar yazılar