Ramil Quliyevin Türkiyə yığmasında ilk böyük yarışı açıqlandı
25 aprel 2013 11:00 (UTC +04:00)

Ramil Quliyevin Türkiyə yığmasında ilk böyük yarışı açıqlandı

0

Azərbaycan yığmasını Türkiyə millisinə dəyişən atlet Ramil Quliyevin yeni komandada ilk böyük yarışı açıqlanıb. Lent.az-ın məlumatına görə, 23 yaşlı sprinter iyunun 20-də Mersin şəhərində start götürəcək Aralıq dənizi Oyunlarında mübarizə aparacaq.

 

Quliyev 100 metr və 200 metr məsafələrə qaçış yarışlarına qatılacaq. Oyunlara iyunun 30-da yekun vurulacaq.

 

Qeyd edək ki, Ramil Quliyev 2009-cu il dünya çempionatında Azərbaycan millisinin üzvü kimi çıxış edərək, 200 metr məsafəyə qaçışda finalçı olub. Bundan sonra, Quliyev ölkəmizdə ona lazımi şəraitin yaradılmadığını səbəb göstərərək, Türkiyə millisini seçib. Lakin Azərbaycan tərəfi onun 2012-ci il London Yay Olimpiya Oyunlarında başqa ölkənin təmsilçisi kimi iştirakına icazə verməyib. Bu səbəbdən, Quliyev Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının qaydalarına əsasən, Türkiyə millisində debüt etmək üçün 3 il gözləməli olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 978

Oxşar yazılar