“Bavariya” futbol klubunun baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalında “Real Madrid”ə biabırçı məğlubiyyətə baxmayaraq, komandanı tərk etməyə hazırlaşmadığını bildirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis məğlubiyyətin məsuliyyətini də öz üzərinə götürüb.
Qvardiola komandada qalmaq fikrində qəti olduğunu vurğulayıb: “Mən “Bavariya”dan heç bir yerə getməyə hazırlaşmıram. “Real”dan məğlubiyyətdə də mən günahkaram. Amma hər şeyi düzəltmək istəyirəm. “Bavariya” hər yerdə və həmişə qalib gəlməlidir. Təəssüf edirəm ki, bu dəfə buna nail olmaq mümkün olmadı”.