APA-nın şimal bürosunun verdiyi məlumata görə, İlqar Əliyevin idarə etdiyi, "66 – BG 707" dövlət nişanlı “Mercedes” markalı avtobus Bakı-Quba-Moskva yolunun 188-ci km-də aşıb.
İlkin məlumatlara görə, qəza zamanı avtobusda 45 sərnişin olub. Bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.