Qurban Yetirmişli:[b] "Həmin ərazidə xırda təkanların olması gözlənilir"[/b]
26 yanvar 2015 11:02 (UTC +04:00)

Qurban Yetirmişli:[b] "Həmin ərazidə xırda təkanların olması gözlənilir"[/b]

0

 "Bu gün səhər maqnitudası 5 bal gücündə olanzəlzələnin baş verdiyi Quba zonasında əvvəldən gərginlik var idi".

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, dünən axşamdan başlayaraq həmin zonada maqnitudası hiss olunmayacaq balda zəif təkanlar baş verib. Onun sözlərinə görə, dünən axşam saat 19:00-dan başlayaraq bir neçə zəif təkanlar olub: “Bunlar güclüzəlzələdən öncə olan “for şok”lardır. Bu gün səhər 07.30-da onların arasında ən güclüsü, maqnitudasi 5 bal gücündə olan zəlzələ baş verib. Bu da əsas Şabran-Dəvəçi-Quba sərhəddinə düşüb”.

 

Q.Yetirmişli əlavə edib ki, həmin ərazidə dağıntılar olmayıb. Episentrdə-güclüzəlzələnin baş verdiyi həmin ərazidə çox yaşayış məntəqələrinin olmadığını deyən baş direktorun sözlərinə görə, yalnız bəzi köhnə binalarda çatlar əmələ gələ bilər: “Bu gün səhər ikinci təkan 09:30-da Şabranda qeydə alınıb. Bundan sonra da xırda təkanların-after şokların olacağı gözlənilir. Güclü zəlzələdən sonra zəif təkanlar-after şoklar baş verməlidir. Hazırda da həmin  ərazidə belə xırda təkanlar olur”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar