Quldurluqla telefonları ələ keçirənə HÖKM OXUNDU
16 sentyabr 2016 11:25 (UTC +04:00)

Quldurluqla telefonları ələ keçirənə HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il Nəsimi rayonda olan kafelərin birində baş verib. Nicat Əliyev kafedə yeyib içəndən sonra Pəhlivan adlı şəxsə qarşı quldurluq edərək pul tələb edib. O pul ala bilməyib. Yalnız zərərçəkən şəxsin telefonlarını ələ keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar