Quldurluqla 60 min manat götürən şəxs şikayətçidir
02 may 2016 10:54 (UTC +04:00)

Quldurluqla 60 min manat götürən şəxs şikayətçidir

0

Bakıda şirkətdən quldurluq yolu ilə 60 min manat götürməkdə təqsirləndirilən Azad Həziyev, Nicat Xəlilov və Aqşin Mustafayev birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

 

Lent.az-ın məlumatına görə, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun icraatına verilib. Şikayət üzrə məhkəmənin ilkin baxışı mayın 3-nə təyin edilib.

 

Qeyd edək ki, quldurluq hadisəsi keçən il avqust ayının 28-də saat 04:00 radələrində baş verib. Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü N.Xəlilov, A.Mustafayev və A.Həziyev paytaxtın R.Quliyev küçəsində yerləşən “Qara çay” tikinti şirkətinin gözətçi otağına maskalanaraq daxil olub, orada gözətçi işləyən 1948-ci il təvəllüdlü Zina Bəşirovanı bıçaqla hədələyib əl-qolunu bağlayıb, içərisində 60 min ABŞ dolları və şirkətə məxsus sənədlər olan seyfi quldurluq yolu ilə ələ keçiriblər. Hadisədən sonra Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Xəlilov, A.Mustafayev və A.Həziyev R.Quliyev şübhəli şəxs qismində saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mustafayev və N.Xəlilovun hər biri 14 il, A.Həziyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar