Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Fərid Məmmədov və Cəlal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Fərid Məmmədov 5 il, Cəlal Hüseynov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham ediliblər.