Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Aydın Məmmədov və Ədələt Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Aydın Məmmədov 11 il, Ədalət Şirəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər quldurluqda ittiham olunublar. Onlar ötən il polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.