BAXCP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş partiya sədri Qüdrət Həsənquliyev bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı müşahidə missiyasının rəhbəri Tana de Zulieta və missiyanın siyasi analitiki Vadim Jdanoviçlə görüşüb. BAXCP mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə seçki öncəsi vəziyyət, imzatoplama kampaniyasının gedişi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Xatırladaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək məqsədilə avqustun 29-dan etibarən fəaliyyətə başlayıb. Tana de Zuluetanın rəhbərliyi altında fəaliyyət göstərən missiya Bakıda çalışacaq 12 beynəlxalq ekspertdən və ölkənin müxtəlif regionlarına bölüşdürüləcək 30 uzunmüddətli müşahidəçidən ibarətdir.