Qoyun oğurlayan qardaşlar tutuldu
21 yanvar 2015 13:05 (UTC +04:00)

Qoyun oğurlayan qardaşlar tutuldu

Sabirabadda qoyun oğurluğu ilə məşğul olan 3 nəfər tutulub. Lent.az-ın məlumatına görə, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Fərman Gözəlovun həyətindən 4 baş qoyun oğurlamış Şamaxı rayon sakinləri Tamerlan Muradov, Vaqif Xankişiyev və onun qardaşı Ağadadaş tutulublar. V.Xankişiyevin və Ağadadaşın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların 2014-cü il iyun ayının 17-də Qəzli kənd sakini Tacəddin Muradovun 2 baş qoyununu oğurlamaları da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257

Oxşar yazılar