SSRİ-nin eks prezidenti Mixail Qorbiçov Rusiya müxalifətinin lideri Boris Nemtsovun öldürülməsinə münasibət bildirib.
Lent.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Qorboçov bildirib ki, Nemtsovun öldürülməsi Rusiyada sabitliyi pozmaq istəyən qüvvələrin işidir: "Amma bu qətldə kimin sifarişçi olduğunu demək çox çətindir. Bunu araşdırmaq lazımdır”.
Onun sözlərinə görə, bu hadisədən sonra ölkədə yeni etiraz dalğası baş qaldıra bilər: “Lakin düşünürəm ki, insanların etirazına güc tətbiq etməyin sonda ağır fəsadları ola bilər".
Mixali Qorboçov həmçinin deyib ki, Nemtsov bəzi xüsusiyyətləri ilə fərqlənsə də, əsl kişi xarakterinə malik idi: "Bu qətl bizim hamımıza təsir edir və mən bundan çox narahatam”.