Qonşu qatilinə hökm oxundu
18 iyul 2019 16:04 (UTC +04:00)

Qonşu qatilinə hökm oxundu

0
 
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Dostəli Abuzərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən, D. Abuzərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən il sentyabrın 16-da Bakının Suraxanı rayonunda baş verib. Rayonun "Zeytun bağları" adlanan çöllük ərazisində 1979-cu il təvəllüdlü D.Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərhəng Qədirovu bıçaqlayaraq öldürüb.
 
Hadisə yerindən qaçan D.Abuzərov daha sonra saxlanılıb.
 
Qətl hadisəsi qonşular arasında mübahisə zəminində baş verib. Cinayət işində adıçəkilən şəxslər bir-birilərini təhqir ediblər. Onların söyüşlə müşayiət olunan mübahisəsi ölümlə nəticələnib.
 
Məlumata görə, Yeni Suraxanı qəsəbəsində yaşayan D.Abuzərov 2006-cı ildə Salyan rayon sakini Qüdrət Malıyevi qətlə yetirib. O, 11 il müddətinə azadlıqdan məhrum edilib və 2017-ci ildə azadlığa çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar