Qonaq getdiyi evdən oğurluq edən şəxs tutuldu
11 iyul 2019 12:56 (UTC +04:00)

Qonaq getdiyi evdən oğurluq edən şəxs tutuldu

0
 
 
Bakıda mənzildən oğurluq etmiş şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Q.Hacıyev ötən il noyabrın 27-də evindən 3100 manat pulunun oğurlandığını bildirib. 
 
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və pulun həmin gün onun evində qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.
 
29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini M.Əliquzuyev saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 746

Oxşar yazılar