Qobustanda yol qəzası: sürücü xəsarət alıb
02 may 2014 20:56 (UTC +04:00)

Qobustanda yol qəzası: sürücü xəsarət alıb

0
Qobustan rayonu ərazisində baş verən yol qəzasında bir nəfər xəsarət alıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonu Bakı-Şamaxı avtomobil yolunun 86-cı kilometrliyində “Prado” markalı minik avtomobilinin “Hyundai” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, deformasiya uğramış “Hyundai” markalı minik avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə aşkarlanıb.

 

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 621

Oxşar yazılar