Qiyamçılar Yəməndə hakimiyyəti devirdi
22 yanvar 2015 22:29 (UTC +04:00)

Qiyamçılar Yəməndə hakimiyyəti devirdi

Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi istefa verib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ölkə başçısının müşaviri bildirib.

 

Bundan bir neçə saat əvvəl hökumət istefaya göndərilməsi ilə bağlı müraciət edib.  

 

Məlumata görə, şiə qiyamçıları (husilər) həmçinin prezident Abd Rabbo Mənsur Hadi ilə ölkə konstitusiyasında dəyişikliklərin edilməsinə dair razılığa gəlib.

 

Dəyişikliklər şiə təriqətinin nümayəndələrinin bütün dövlət qurumlarındakı postlarda təmsil olunmasını nəzərdə tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276

Oxşar yazılar