Qısqanc ər arvadını amansızlıqla öldürdü
29 dekabr 2014 12:40 (UTC +04:00)

Qısqanc ər arvadını amansızlıqla öldürdü

0

Azərbaycanın Astara rayonunda qətl hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Kakalos kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü İsmayıl Mikayıl oğlu Əkbərov şəxsi münaqişə zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Aytən İlham qızı Nurullayevanı boğaraq öldürüb.  Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisəni törətmiş İ.Əkbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. A.Nurullayevanın meyiti isə  müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası şöbəsinə aparılıb.

 

İlkin versiya kimi qətl hadisəsinin qısqanclıq zəminində törədildiyi bildirilir.

 

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar