Qəzaya düşən sürücülərin qanlı davası: 2 nəfər bıçaqlandı
08 yanvar 2013 16:47 (UTC +04:00)

Qəzaya düşən sürücülərin qanlı davası: 2 nəfər bıçaqlandı

Yanvarın 7-də Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Cəlilabad şəhərinin Həzi Aslanov küçəsindən 40 yaşlı Rasim Əliyev və 38 yaşlı Azər Bağırov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Araşdırmalar nəticəsində məlum olub ki, hər iki şəxs bir-birini bıçaqlayıb. Məlumata görə, hər iki şəxsin idarə etdiyi avtomobillər elə həmin küçədə toqquşub, maşınlar az ziyan dəysə də, sürücülər məsələni aydınlaşdıra bilməyiblər. Əsəblərinə hakim ola bilməyən A.Bağırov həmyerlisini bıçaqlayıb. R.Əliyev də öz növbəsində ona bıçaqla xəsarətlər yetirib. Yaralılardan R.Əliyevin xəsarəti daha ağır olub. Döş qəfəsinin daxilə nüfuz edən xəsarəti ilə reanimasiyaya yerləşdirilən sürücünün vəziyyəti ağırdır.

 

Qeyd edək ki, R.Əliyev qəssab, A.Bağırov isə taksi sürücüsüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3522
avatar

Nizam Rza

Oxşar yazılar