Bakıda qəzalı binada qalan uşaq xilas edildi
30 sentyabr 2014 10:21 (UTC +04:00)

Bakıda qəzalı binada qalan uşaq xilas edildi

Bakıda qəzalı binada köməksiz vəziyyətdə qalan azyaşlı uşaq xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sabunçu rayonunda azyaşlının köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ikimərtəbəli yaşayış binası qəzalı vəziyyətə düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə köməksiz vəziyyətdə qalmış uşağın təhlükəsiz əraziyə çıxmasını təmin edib və aidiyyəti üzrə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar