Bu gün aeroport şossesində baş verən yol qəzasında ölənlərdən daha ikisinin şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsinin rəisi Şahin Verdiyevin Lent.az-a verdiyi məlumata görə, qəza zamanı ölənlər 1980-ci il təvəllüdlü Fariz Rəşid oğlu Məmmədov və 36 yaşlı Tahirə Əyyub qızı Məmmədovadır.
Qeyd edək ki, bu gün Xəzər rayonunda “Daewoo” markalı avtobus, “KİA” və “BYD” markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Qəzada ölən şəxslərdən biri də “KİA” markalı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Famil Yahya oğlu Adıgözəlovdur. Qəzada yaralanan 2 nəfər - İqtisad Universitetinin tələbəsi, 1995-ci il təvəllüdlü Vüqar Kərimov və 1988-ci il təvəllüdlü Elşən Kərimov isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.