ABŞ-ın Alyaska ştatında baş vermiş güclü torpaq sürüşməsi nəticəsində qeyri-adi hündürlüyə çatan sunami yaranıb.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.
Alimlərin araşdırmasına görə, sürüşmə nəticəsində yaranan dalğa suyu və dağıntıları dağ yamacı boyunca təxminən 481 metr yüksəkliyə qaldırıb.
Bu göstərici indiyədək qeydə alınmış ən yüksək ikinci sunami qalxması kimi qiymətləndirilir.
Tədqiqatçılar hadisədən əvvəl ərazidə müəyyən dəyişikliklərin müşahidə olunduğunu və bu cür əlamətlərin gələcəkdə təhlükələrin əvvəlcədən müəyyən edilməsinə kömək edə biləcəyini bildirirlər.