Rusiyalı müğənni Nikolay Baskovun keçmiş nişanlısı Sofiya Kalçeva illər keçməsinə baxmayaraq, sənətçiyə olan hisslərinin davam etdiyini bildirib.
Lent.az xəbər verir ki, bu barədə “StarHit” məlumat yayıb.
Kalçeva keçmiş sevgilisinə məhəbbətini açıq ifadə edib və onunla münasibətlərini yenidən qurmaq istədiyini söyləyib.
O, Baskovla ailə qurmaq və övlad sahibi olmaq arzusundan da danışıb.