Qəzada ölən və yaralanan hərbçilərimizin adları açıqlandı - YENİLƏNİB
18 may 2013 10:44 (UTC +04:00)

Qəzada ölən və yaralanan hərbçilərimizin adları açıqlandı - YENİLƏNİB

Azərbaycanın şimal bölgəsində baş verən yol qəzasında ölən hərbçilərin adları açıqlanıb.


 

Baş Dövlət Yol Polisi İdarəsindənAPA-ya verilən məlumata görə, qəza nəticəsində Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

 

Qəza zamanı xəsarət alan hərbçilər isə xəstəxanaya yerləşdirilib.

 

Xəsarət alan hərbçilər isə aşağıdakılardır  - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsmiyev Elbəy Ədalət oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu.

 

Daha iki nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

 

Qeyd edək ki, məlum hadisə bu gün Quba rayonunda qeydə alınıb. Hərbçiləri daşıyan hərbi maşının aşması nəticəsində 4 nəfər ölüb, 9 hərbçi xəsarət alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Oxşar yazılar