Qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu
29 iyul 2019 17:02 (UTC +04:00)

Qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu

0
 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Murad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən M.Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, o, 2010-cu ildə Rusiya tərəfindən axtarışa verilib və Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib.
 
M.Məmmədov cinayətkar qruplaşmaya da rəhbərlik edib.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 820

Oxşar yazılar