Qətl törədən şəxsi polis saxladı
Yevlax rayonunda qətl törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 27-də gecə saat 01:30 radələrində Yevlax rayon Polis Şöbəsinin əməkdaşları polis mayoru Qurban Qasımov və polis serjantı Fariz İbrahimzadə şəhər ərazisində ayıq-sayıq xidmət aparırıblar. Həzi Aslanov və Elbrus Məmmədov küçələrinin kəsişməsində bir qrup şəxsin mübahisə etdiyini görüb həmin yerə yaxınlaşıblar. Orada bıçaqlı şəxsin bir nəfərə ağır xəsarət yetirdiyini, digər 2 nəfərə isə xəsarət yetirmək istədiyi barədə rayon Polis Şöbəsinə məlumat verərək dərhal silahlı şəxsi zərərsizləşdirmək üçün lazımi tədbirlər görülüb. Bıçaqlı şəxsi xüsusi fənd tətbiq edərək tərki-silah ediblər.
Polis serjantı Fariz İbrahimzadə və köməyə gəlmiş polis əməkdaşları ilə birlikdə cinayəti törətməkdə şübhəli bilinən Namiq Vəliyevi saxlayaraq Polis Şöbəsinə gətiriblər.
Polis mayoru Qurban Qasımov ağır xəsarət almış yaralını avtomobillə dərhal Yevlax Rayon Mərkəzi Xəstəxanası çatdırsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
427