Adam bıçaqlayan məhkəmə zalından azadlığa buraxıldı
02 mart 2015 17:23 (UTC +04:00)

Adam bıçaqlayan məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən 1986-cı il təvəllüdlü Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə  keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyası Cinayət Məcəlləsinin 70-ci maddəsi rəhbər tutularaq  E.Məmmədova şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə keçən il oktyabrın 19-da Z.Bünyadov prospektində yerləşən kafedə qeydə alınıb. Naməlum şəxs Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaq xəsarəti yetirib.


Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı( qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189

Oxşar yazılar