Millət vəkili Qənirə Paşayeva Cənubi Koreyalı jurnalistlərlə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili hər iki dövlətin media, mətbuat orqanları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumatlar verib.
Jurnalistlər Azərbaycanla bağlı Cənubi Koreya ictimaiyyətinə daha çox məlumatların ötürülməsi, ölkələrimizin, xalqlarımızın bir-birini daha yaxından tanımasında mətbuat və medianın rolunun genişləndirilməsinin önəmini vurğulayıblar.
.