Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda Azərbaycan Bulvarı, Heydər Əliyev parkında “100. İl Qəhrəmanlar abidəsi” nin açılışı olub.
Lent.az-ın məlumatına görə, Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eko Avrasya Dərnəyi və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin ortaq həyata keçirdiyi layihə və tədbirdə Ak Parti Ərzurum millət vəkilləri İbrahim Aydemir və Mustafa İlicalı, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Ərzurum bələdiyyəsi və valiliyinin rəsmi şəxsləri, AK Parti İl başqanı Mehmet Emin Öz, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, Eko Avrasya Dərnəyi başqanı Hikmet Eren, Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev Regional Hüquqi və İqtisadi maarifləndirmə İB-nin sədri Arzu Bağırova, ziyalılar, QHT rəhbərləri və çox sayda vətəndaş iştirak edib.
Ərzurum millət vəkilləri İbrahim Aydemir və Mustafa İlicalı bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin hər zaman birlikdə olacaqlarını çıxışlarında xüsusi vurğulayıblar.
Qənirə Paşayev tədbirdə çıxış edərək bütün müsəlman dünyasında ilk Cümhuriyyətin Azərbaycanda qurulmasından, Azərbaycanın qadınlara seçmək və seçilmək haqqını verən ilk dövlətlərdən biri olduğunu deyib.
Müsəlman şərqində ilk dövlət olmasından olmasından danışan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu bizim qürur tariimizdir deyir və cümhuriyyət qurucuları, onların fədakarlıqlarından geniş danışıb və harada doğulub harada yaşamasından asılı olmayaraq Türk gənclərini onları daha geniş öyrənməyə çağırıb.
Millət vəkili çıxışında erməni çətələrinin 100 il əvvəl Ərzurumda və Azərbaycan torpaqlarında törətdiyi dəhşətli cinayətlərdən, 20-ci əsrin sonlarında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalism aktlarından xüsusi danışıb.
“Qəhrəmanlar abidəsi” türk millətinin 4 böyük qəhrəmanına Nuri paşaya, Mürsəl Bakü paşaya, Kazım Karabekir Paşaya və Gəncəli Seyidova qoyulub deyən millət vəkili Q.Paşayeva hər bir qəhrəmanın həyat və qəhrəmanlıq yolu ilə bağlı xüsusi danışıb və gəncləri onları yaxından öyrənməyə, tanımağa və örnək götürməyə çağırıb: ““Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”.
Qarsdakı Baş Konsulu Nuru Quliyev, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, Eko Avrasya Dərnəyi başqanı Hikmet Eren, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Dünya Azərbaycanlıları Konqresindən Asif Qurban , Azərbaycan-Türkiyə qardaşlığının dünəni, bu günü və gələcəyə baxışla bağlı çıxış ediblər. Azərbaycanın Əməkdar Artisti Lalə Məmmədova isə açılışda milli duyguları əsərləri səsləndirib. Abidənin lentinin kəsilməsindən sonra millət vəkili Q.Paşayeva yerli KİV-in suallarına cavablandırıb, QHT-lər və yerli sakinlərlə görüşüb.