Qənimət Zahidinin qohumlarının məhkəməsində polislər dindirilir
19 aprel 2016 17:54 (UTC +04:00)

Qənimət Zahidinin qohumlarının məhkəməsində polislər dindirilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Surxay Əliyev şahid qismində ifadə verib. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, vəkillərin verdikləri suallara ətraflı cavab verə bilməyib. Proses aprelin 29-da davam etdiriləcək.

 

 

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 99
avatar

Səlcuq Elçin

Oxşar yazılar