Qələndər Muxtarlı Baş Prokurorluqda ifadə verib
03 sentyabr 2013 14:55 (UTC +04:00)

Qələndər Muxtarlı Baş Prokurorluqda ifadə verib

 

 

Milli Şuranın üzvü Qələndər Muxtarlı Baş Prokurorluqda ifadə verib. Bu barədə APA-ya Azərbaycan Milliyətçi Demokrat Partiyasının Sədri Q. Muxtarlı özü məlumat verib .

 

O qeyd edib ki, bu gün Baş Prokurorluğun Ağır Cinayətlə dair İşlər üzrə İstintaq İdarəsində müstəntiq  Nadir Mirzəyev tərəfindən dindirilib. Dindirilmə prosesi iki saat davam edib.

 

Q. Muxtarlının sözlərinə görə, onu Baş Prokurorluğa bu ilin yanvarında İsmayıllıda baş verən iğtişaşlarla əlaqədar dəvət ediblər: “Mənə bildirdilər ki, həmin iğtişaşlar zamanı mən  Tofiq Yaqublu ilə birgə İsmayıllıda olmuşam. Bununla bağlı müstəntiqin suallarını cavablandırdım. İstintaqa şahid qismində çağırılmışdım”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar