“Azərbaycan bayrağı” ordenli, kəşfiyyatçı, Azərbaycanın qəhrəman oğlu İbad Hüseynovun vəziyyəti kəskin şəkildə pisləşib. Lent.az-ın məlumatına görə, onun müharibə zamanı aldığı ağır kəllə-beyin zədəsi yenidən pisləşdiyi üçün müayinə olunması üçün bir neçə saat bundan öncə Türkiyəyə aparılıb. Həkimlər onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, İbad Hüseynov məşhur erməni terrorçusu və səhra komandiri, “Avo” ləqəbli Monte Melkonyanı məhv edən döyüşçümüzdür.
Lent.az İbad Hüseynovun döyüş yoldaşları və yaxınları ilə əlaqə saxlayıb. Onun ailə üzvləri Lent.az-a bildiriblər ki, aprelin 10-da axşam ssatlarında İbad Hüseynovun başında kəskin ağrılar başlayıb. Bu səbəbdən də Qarabağ döyüşçüsü təcili olaraq Türkiyəyə aparılıb.