Siyəzən rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, şəhər qəbiristanlığından 30 yaşlı Rahid Novruzov ağır vəziyyətdə Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıya qarın nahiyəsinin və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Polisin araşdırmaları nəticəsində məlum olub ki, R.Novruzovu qohumu 23 yaşlı Nadir Xalidşahov bıçaqlayıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.