Qəbələdə ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı - Oğuz yolunun 225-ci km-də Qəbələ rayonu ərazisində vətəndaşlara məxsus “Mersedes” markalı 2 minik avtomobili toqquşub.
Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, minik avtomobillərindən biri deformasiyaya uğramış, sürücü və 1 sərnişinin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil verilib.