Qazaxıstan müdafiə nazirinin Azərbaycana səfəri başlayıb
21 aprel 2014 11:23 (UTC +04:00)

Qazaxıstan müdafiə nazirinin Azərbaycana səfəri başlayıb

Qazaxıstanın müdafiə naziri Serik Axmetovun Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, səfər zamanı S.Axmetov Azərbaycan Prezidenti Ilham Əliyev, həmkarı Zakir Həsənov və Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşəcək, habelə bir sıra sənaye obyektlərinə baş çəkəcək.

 

Qeyd edək ki, bu, S.Axmetovun müdafiə naziri qismində ilk rəsmi səfəridir.

# 323
avatar

Oxşar yazılar